"Turan Tovuz" Rusiyadan daha bir qapıçını transfer etdi - RƏSMİ
“Turan Tovuz” daha bir qapıçı transferini rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisi 23 yaşlı Sergey Samoku heyətinə qatıb.
Rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Son klubu “Kamaz” olan əlcək sahibi bunadək “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.
Xatırladaq ki, tovuzlular dünən digər bir rusiyalı "çərçivə" qoruyucusu İvan Konovalovla güclənib.