"Qarabağ"la oyunqabağı Polşa millisinin üzvünü transfer etdilər

"Qarabağ"la oyunqabağı Polşa millisinin üzvünü transfer etdilər

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olacaq “Gent” heyətini Polşa millisinin müdafiəçisi Kamil Pyatkovski ilə gücləndirib.

mediasport.az xəbər verir ki, Belçika klubu  23 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.

Kamil Avstriya nəhəngi “Zalsburq”a məxsusdur və klubla 2026-cı ilədək müqaviləsi var.

“Qarabağ”ın “Gent”lı oyunları fevralın 16-da Bakıda, 23-də səfərdə keçiriləcək.