"Bu, bizə problem yaratmayacaq" - "Qarabağ"ın yarımmüdafiəçisi

"Bu, bizə problem yaratmayacaq" - "Qarabağ"ın yarımmüdafiəçisi

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Hekken"lə qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, "köhlən atlar"ın 28 yaşlı yarımmüdafiəçisi oyuna tam hazır olduqlarını bildirib.

Monteneqrolu futbolçu hava şəraitindən də söz açıb:

"Bu, bizə problem yaratmayacaq. Bizi vacib qarşılaşma gözləyir. Sabah əlimizdəki fürsətdən istifadə etmək və bacarığımızı meydanda nümayiş etdirmək istəyirik. Qalib gəlməli və Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Bundan sonra növbəti rəqib haqda danışa bilərik".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Hekken" oyunu saat 21:45-də başlanacaq.