"Keçən il yaxşı çıxış etməmişdik, bu dəfə..." - Estoniya millisinin üzvü
Estoniya milli komandasının futbolçusu Mattias Kayt UEFA Millətlər Liqasının 3-cü turunun Azərbaycanla oyunundan öncə mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, o, sabah baş tutacaq qarşılaşmada qələbə qazanmaq istədiklərini söyləyib:
"Qələbə İsveçlə növbəti görüşdə bizə yaxşı motovasiya verəcək. Keçən il Azərbaycanla doğma azarkeşlər önündə keçirdiyimiz matçda yaxşı çıxış etməmişdik və uduzmuşduq (2:0). Bunu dəyişib bu dəfə üç xal əldə etməliyik".
Xatırladaq ki, Tallindəki Estoniya - Azərbaycan dueli 11 oktyabr, 20:00-da "Lilleküla" stadionunda baş tutacaq.