"Sabah" Türkiyədə çempion oldu!
“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib.
Mediasport.az xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, “Nomme Yunayted"i (Estoniya) 3:0 və “Dinamo”nu (Batumi, Gürcüstan) 4:0 hesabıyla məğlub edən Masazır təmsilçisi çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa ("Gold group") vəsiqə qazanıb.
Burada yerli “Çaykur Rizəspor” komandasını 3:0, Estoniyanın “Nomme United” kollektivini 2:0 hesabıyla üstələyən “Sabah” yalnız “Samsunspor”a uduzub - 0:2.
Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri birinci pillədə, çempion kimi başa vurub.
“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.
Rizə Kuboku. Yigit Demirel beynəlxalq futbol turniri
Qrup mərhələsi
"Sabah" – "Trabzonspor" (Türkiyə) 2:1
Qollar: Rəvan Rüstəmov, Hüseyn Musayev.
"Sabah" – "Nomme Yunayted" (Estoniya) 3:0
Qollar: Yusif Ağayev (2), Hüseyn Musayev.
"Sabah" – "Dinamo" (Batumi, Gürcüstan) 4:0
Qollar: Eldar Hüseynov, Hüseyn Musayev, Hüseyn Abdullazadə, Yusif İbrahimli.
"Gold group"
"Çaykur Rizəspor (Türkiyə) – "Sabah" 0:3
Qollar: Rəvan Rüstəmov, Camal Əkbərli, Eldar Hüseynov.
"Sabah" – "Nomme Yunayted" (Estoniya) 2:0
Qollar: Yusif Ağayev, Hüseyn Musayev.
"Samsunspor" (Türkiyə) – "Sabah" 2:0