"Kəpəz" də Antalyaya gedir

"Kəpəz" də Antalyaya gedir

Qış fasiləsi üçün istirahətə buraxılan "Kəpəz" məşqləri gələn ilin ilk günlərində bərpa edəcək.

mediasport.az xəbər verir ki, hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-ə kimi burada məşq edəcəklər.

“Sarı-göylər” əksər Premyer Liuqa təmsilçiləri kimi, təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun komandası 7-19 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.

Hazırlıq prosesinin Türkiyə hissəsi ilə bağlı daha geniş informasiya qarşıdakı günlərdə veriləcək.