"Qarabağ"ın üzvünü vuran "Sabah" rəsmisinə 6 oyunluq cəza verildi
AFFA İntizam Komitəsi "Sabah"ın inzibatçısı Aslan Surxayzadəyə sərt cəza verib.
Mediasport.az xəbər verir ki, klub rəsmisi Gənclər Liqasında "Qarabağ"la qarşılaşmada rəqibi vurduğu üçün 6 oyunluq cəza alıb.
Aslan Surxayzadənin cəzasının 3-ü şərti qaydada verilib.
Qeyd edək ki, "Sabah"ın son dəqiqələrdə vurduğu 3-cü qolun ardından meydanda qarışıqlıq düşmüş, tərəflər arasında dava yaranmışdı.
Matç 3:1 hesabı ilə Masazır təmsilçisinin xeyrinə başa çatıb.