Püşk atıldı - Mahir Emrelinin komandası yunanlara qarşı
Futbol üzrə Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubunun da 1/8 final rəqibi müəyyənləşib.
Zaqreb təmsilçisi Yunanıstan klubu PAOK-la qarşılaşacaq.
Türkiyənin yarışda yeganə təmsilçisi “Fənərbağça” isə Belçikanın “Yunion” kollektivi ilə üz-üzə gələcək.
1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri martın 14-də keçiriləcək.
Konfrans Liqası. 1/8 final
“Servette” (İsveçrə) - “Viktoriya” (Çexiya)
“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)
“Mölde” (Norveç) - “Brügge” (Belçika)
“Yunion” (Belçika) - “Fənərbağça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)
“Şturm” (Avstriya) – “Lill” (Fransa)
“Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)