Vüsal qələbəni kənardan izlədi, Amilin komandası evdə uduzdu
Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 2 üzvünün komandası daxili birinciliklərdə meydana çıxıblar.
Mediasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin ehtiyatda qaldığı oyunda komandası "Boluspor" "Çorum"u məğlub edib (2:0).
Amil Yunanovun komandası "Biliş" doğma azarkeşlər önündə "Skenderbeu"ya uduzub (0:1).
Azərbaycanlı oyunçunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Bu gün daha 2 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası "Radomyak" "Puşça" ilə üz-üzə gələcək.
Cəlal Hüseynovlu "Arda" Bolqarıstan Parva Liqasında "ÇSKA 1948"in qonağı olacaq.
20 oktyabr
Albaniya Superliqası. 10-cu tur
"Biliş" - "Skenderbeu" 0:1
Türkiyə 1-ci Liqası. 9-cu tur
"Boluspor" - "Çorum Bələdiyyəspor" 2:0
21 oktyabr
Bolqarıstan Parva Liqası. 8-ci tur
19:00 "ÇSKA 1948" - "Arda"
Polşa Ekstraklasası. 12-ci tur
21:00 "Radomyak" - "Puşça"