"Qarabağ"ın 5 futbolçusu "Qəbələ" səfərində meydana çıxmayacaq

"Qarabağ"ın 5 futbolçusu "Qəbələ" səfərində meydana çıxmayacaq

Premyer Liqanın 25-ci turu çərçivəsində martın 5-də Qəbələdə eyniadlı komandanın qonağı olacaq "Qarabağ" 5 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin legionerləri - Yassin Benzia, Adama Diakabi və Marko Yankoviç zədə səbəbindən oynamayacaq.

Uzun müddətdir zədəli olan Abbas Hüseynovla Şahruddin Məhəmmədəliyevin də səfər görüşünü kənardan izləyəcəyi əvvəldən məlum idi. "Qəbələ" - "Qarabağ" matçı saat 17:00-da başlanacaq.