"Qarabağ"lının komandası Litvada qələbəni son saniyədə əldən verib

"Qarabağ"lının komandası Litvada qələbəni son saniyədə əldən verib

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin heyətində çıxış etdiyi Monteneqro millisi AÇ-2024-ün seçmə qrup mərhələsində növbəti matçını keçirib.

Mediasport.az xəbər verir ki, Miodraq Raduloviçin baş məşqçisi olduğu komanda Vilnüsdə Litva yığması ilə qarşılaşıb.

Yankoviç bütün qolların ikinci hissədə vurulduğu qarşılaşmada 77 dəqiqə meydanda olub. Futbolçumuzun komandası qol buraxdıqdan sonra 2 top vurub hesabda önə keçsə də, üstünlüyü artırma dəqiqələrində əldən verib - 2:2.

Monteneqro seçməsi 4 turdan sonra 5 xalla qrupda 3-cü pillədə qərarlaşıb.