Cəlalın komandası Bolqarıstanda növbəti məğlubiyyəti səfərdə aldı
Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin çıxış etdiyi "Arda" 5-ci tur çərçivəsində Varnada "Spartak"ın qonağı olub.
Arda təmsilçisi evə əliboş qayıdıb - 0:1. Hüseynov ilk hissədə meydanda olub.
Geridə qalan 5 görüşdən sonra 3 məğlubiyyət və 2 qələbə alan Krjaali klubu 6 xalla 9-cu pillədə qərarlaşıb.