Qaret Beyl "120+8"də komandasını ABŞ çempionluğuna daşıdı

Qaret Beyl "120+8"də komandasını ABŞ çempionluğuna daşıdı

ABŞ-ın Yüksək Liqasında (Major League Soccer) 2022-ci il çempionunun adına aydınlıq gəlib.

mediasport.az xəbər verir ki, adı pley-offla müəyyənləşən qalib finalda "Filadelfiya Yunion"u üstələyən "Los Anceles" olub.

120 dəqiqədən çox davam edən və dramatik məcrada keçən oyunun əsas və əlavə vaxtı heç-heçə bitib (2:2, 1:1). Penaltilər seriyasında daha dəqiq olan "Los Anceles" qızıl medallara yiyələnib. Çempion komandanı məğlubiyyətdən qızıl medallara daşıyan qolu "120+8"ci dəqiqədə Qaret Beyl vurub.


ABŞ Yüksək Liqası (MLS). Pley-off. Final

"Los Anceles" - "Filadelfiya Yunion" 3:3 (penaltilər 3:0)

Qollar: Akosta, 28, Murilyo, 83, Beyl, 120+8 - Qazdaq, 59, Elliott, 85, 120+4