"Azərbaycana məğlubiyyət bizim üçün əsl və ciddi sillədir" - Blaqoya Milevski
Azərbaycan yığması Skopye şəhərində Şimali Makedoniya millisinə qalib gəlib - 3:1.
mediasport.az xəbər verir ki, meydan sahibi komandanın baş məşqçisi Blaqoya Milevski məğlubiyyət haqda fikirlərini bildirib.
51 yaşlı mütəxəssis millimizi gözəl oyun münasibətilə təbrik edib:
- Finlandiya ilə oyunda komandadan razı qalmışdım. Bu matçda isə yalnız birinci hissə məni qane etdi, o da qol buraxana qədər. Düzünü desəm, bu məğlubiyyət bizim üçün əsl və ciddi sillədir. Bunun yeganə yaxşı tərəfi odur ki, bu silləni indi aldıq. Komandada əsas futbolçuları əvəzləyəcək oyunçuların hələ də olmaması məni narahat edir. Komandaya qoşulanların hamısı rəqabətədavamlı olmaq üçün təkmilləşməlidir. Problem bizdədir və biz bunu həll etməliyik”.