"Qəbələ" Azərbaycan Kubokunda raundu 4, "İmişli" 5 qolla keçdi
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin sonuncu görüşləri keçirilib.
Mediasport.az xəbər verir ki, "İmişli" Şamaxıda "Cəbrayıl"ı qəbul edib, "Qəbələ" "Baku Sportinq"i sınağa çəkib.
Raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" "Dinamo"nu (6:0), "Şamaxı" "Şəmkir"i (6:1), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Şəfa" "Difai Ağsu"nu (2:2, əlavə vaxt - 0:1) məğlub edib.
Azərbaycan Kuboku. 2-ci təsnifat mərhələsi
"İmişli" - "Cəbrayıl" 5:1
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı OİK stadionu.
"Qəbələ" - "Baku Sportinq" 4:0
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu.