"Sabah"ın Konfrans Liqasında ev oyununu keçirəcəyi stadion dəqiqləşdi
Futbol üzrə UEFA Konfrans Liqasında təmsilçilərimiz "Neftçi" və "Sabah"ın II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
MediaSport.az xəbər verir ki, "ağ-qaralar"ın "Bakcell Arena"dakı matçı saat 21:00-da başlanacaq.
Masazır klubunun cavab görüşü isə saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək.
"Neftçi" bu raundda "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. "Bayquşlar" isə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) duelinin (ilk oyun - 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandamızın ilk dueli səfərdə baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" Kiprin "Omoniya" kollektivi ilə ilk matçını iyulun 27-də evdə, cavab görüşünü avqustun 3-də səfərdə keçirəcək. Qarşılaşmalar müvafiq olaraq saat 20:00 və 21:00-ya təyin edilib.