"Qəbələ" çexlərə uduzdu

"Qəbələ" çexlərə uduzdu

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün sonuncu yoxlama oyununu keçirib.

mediasport.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Çexiyanın "Teplitse" klubu ilə qarşılaşıb. Matç "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qəbələ"nin həyətində Ramon Maçado fərqlənib.

"Qəbələ" buna qədər Rumıniyanın "Sepsi" (2:2) və Almaniyanın "Lukenvalde" (3:2) klubu ilə oynamışdı.