"Qəbələ" ilə müqaviləni uzatmadı, Cənubi Koreyada klub tapdı - RƏSMİ
"Qəbələ"dən ayrılan Rafael Utziqin yeni klubu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, braziliyalı hücumçu Cənubi Koreyanın "Çunqam" (Asan) klubu ilə rəsmi müqavilə bağlayıb.
II Liqa təmsilçisi 27 yaşlı forvardla anlaşmanın detallarını açıqlamayıb.
Utziq Qəbələ klubunda 2020-ci ildən çıxış edirdi. Bu müddətdə 81 oyuna 15 qol vurmuşdu.