"Sabah" avrokubolarda mübarizəyə ikinci mərhələdə qoşulacaq
UEFA Gənclər Liqasında Çempionlar Yolunun iştirakçıları açıqlanıb.
Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionu “Sabah”ın yarışa hansı mərhələdən başlayacağı müəyyənləşib.
1-ci raunddan azad edilən Masazır təmsilçisi mübarizəyə ikinci mərhələdə qoşulacaq.
Çempionlar Yolunun püşkü sentyabrın 3-də atılacaq.
2-ci təsnifat mərhələsinin görüşləri oktyabrın 23-də və noyabrın 5-də baş tutacaq. və Çempionlar Yolu üç mərhələdən ibarət olacaq.