Kipr klubunun 3 əsas futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq

Kipr klubunun 3 əsas futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Qəbələdə eyniadlı klubun qonağı olacaq "Omoniya" görüşə itkilərlə çıxacaq.

MediaSport.az xəbər verir ki, Nikosiya təmsilçisi 3 əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Müdafiəçilər Nikolas Panagiotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviç zədə səbəbindən Qəbələdəki matçı buraxacaqlar.

Qarşılaşma saat 20:00-da başlanacaq.