Azərbaycan Kubokunda SENSASİYA: "Səbail"lə "Qəbələ" yarımfinalda, "Sabah" və "Qarabağ" uduzdu

Azərbaycan Kubokunda SENSASİYA: "Səbail"lə "Qəbələ" yarımfinalda, "Sabah" və "Qarabağ" uduzdu

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

mediasport.az xəbər verir ki, br həftə əvvəl "Qarabağ" səfərində 2:2 hesablı heç-heçəyə imza atan "Qəbələ" Ağdam klubuna doğma meydanda qalib gələrək mərhələ adlayan tərəf olub. Görüşün taleyini ikinci hissədə vurulan yeganə qol həll edib.

İlk oyun çərçivəsində Bayılda gözlənilmədən "Səbail"ə uduzan (2:3) "Sabah"ın potensial baxımından 1/2 finala vəsiqəni təmin edəcəyi şübhə doğurmasa da, növbəti dəfə sürpriz nəticə qeydə alınıb. Oyunboyu heç nə ilə yadda qalmayan Murad Musayevin komandası doğma azarkeşləri qarşısında da uduzub - 0:1. Bayıl klubu tarixində ilk dəfə kubokda 1/2 finala çıxıb.

Beləliklə, Azərbaycan Kubokunun ilk yarımfinal cütündə "Qəbələ" ilə "Səbail" qarşılaşacaq.

1/4 finalın digər iki dueli sabah baş tutacaq: "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" "Zirə"ni qəbul edəcək.


Azərbaycan Kuboku. 1/4 final mərhələsi. Cavab oyunları

19 dekabr

"Sabah" - "Səbail" 0:1

Qol: Qoba Zakpo, 73.

İlk oyun: 2:3

"Bank Respublika Arena"

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

“Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.


"Qəbələ" - "Qarabağ" 1:0

Qol: Ramon Maçado, 71.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu

İlk oyun: 2:2

Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 8. Andrey Strijak.

Baş məşqçi: Elmar Baxşıyev.

Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 6. Julio Romao, 15. Leandro Andrade.

​Baş məşqçi: Qurban Qurbanov.