Millimiz bu stadionda oynayacaq

Millimiz bu stadionda oynayacaq

Avstriya millisinin AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində yığmamızı hansı stadionda qəbul edəcəyi müəyyənləşib.

mediasport.az xəbər verir ki, Ralf Ranqnikin baş məşqçisi olduğu avstriyalılarla milli komandamızın görüşünün Linz şəhərində gələn il fevralın 24-də istifadəyə veriləcək “Raiffeisen Arena” stadionunda oynanılacağı məlum olub.

Stadionun 18 min tamaşaçı tutumunun olacağı bildirilir. Avstriya - Azərbaycan oyunu 2023-cü il martın 24-də keçiriləcək.