Şenol Günəş "Neftçi" haqda danışdı: "Bu oyuna daha hazırlıqlı olacağıq
Avropa Konfrans Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanan "Neftçi" bu raundda "Beşiktaş"la qarşılaşacaq.
mediasport.az xəbər verir ki, Türkiyə nəhənginin baş məşqçisi Şenol Günəş "ağ-qaralar"la duellər barədə fikirlərini bildirib.
Təcrübəli mütəxəssis təmsilçimizə qarşı daha yaxşı formada olacaqlarını deyib:
“Komandamdan indiki vəziyyətdə tam razı deyiləm. Amma vaxtımız var, "Neftçi” ilə oyuna daha hazırlıqlı olacağıq. Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formada deyillər. Getdikcə daha yaxşı formaya düşəcəyik. Zədəli futbolçularımız da qayıtdıqdan sonra "Beşiktaş" çox güclü olacaq. “Neftçi” ilə görüşə "Tirana" ilə matçdakından daha yaxşı çıxacağıq".
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab görüşü isə 17-də Bakıda keçiriləcək.