"Neftçi" "Turan Tovuz"a uduzdu - Azərbaycan Kubokunda 1/2 final

"Neftçi" "Turan Tovuz"a uduzdu - Azərbaycan Kubokunda 1/2 final

Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinin ikinci cütündə də ilk oyun keçirilib.

mediasport.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Neftçi"ni qəbul edib.

Yarımfinalın digər qarşılaşması çərçivəsində "Qəbələ" dünən "Səbail"ə qalib gəlib - 3:2. Komandalar cavab görüşünə aprelin 27-də çıxacaqlar.


Azərbaycan Kuboku. 1/2 final. İlk oyun


16:00. “Turan Tovuz” – “Neftçi” 1:0

Qol: Denis Marandiçi, 74.

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu