"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini reallaşdırdı - RƏSMİ

"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini reallaşdırdı - RƏSMİ

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Klubdan MediaSport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” Ahmed Ayzayanı heyətinə qatıblar.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm Azərbaycan Premyer Liqasında “Kəpəz”in formasını geyinib. Ölkəmizdə “Zirə”də də oynamış yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyanın “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.