"Qəbələ"də daha bir ayrılıq - RƏSMİ
"Qəbələ”də növbəti ayrılıq rəsmiləşib.
MediaSport.az xəbər verir ki, bölgə təmsilçisi Rafael Utziqlə yollarını ayırıb.
Cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb. 2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.
Komandanı daha əvvəl Ramon Maçado ("Sabah", Malayziya), Məqsəd İsayev ("Zirə"), Andrey Strijak, Səlahət Ağayev ("Səbail"), Rövlan Muradov ("Sumqayıt"), Felipe Santos, İsnik Alimi ("Sepsi") və Ruan Renato tərk edib.