Komanda yoldaşı ilə dava edən Nəsirova 4 oyunluq cəza verilib

Komanda yoldaşı ilə dava edən Nəsirova 4 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçisi "Turan Tovuz"un futbolçusu Budaq Nəsirovu cəzalandırıb.

Mediasport.az xəbər verir ki, buna səbəb Nəsirovun komanda yoldaşı Elxan Qasımovla əvəzedici komandanın heyətində "Səbail-2" ilə matçda təcavüzkar davranışa yol vermələri olub.

Futbolçuya 4 oyunluq cəza verilib.