Azərbaycan millisinin futbolçusu Bolqarıstanda debüt etdi - FOTOLAR

Azərbaycan millisinin futbolçusu Bolqarıstanda debüt etdi - FOTOLAR

Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubunda ilk oyununa çıxıb.

MediaSport.az xəbər verir ki, 20 yaşlı müdafiəçinin debütü “Maritsa” ilə yoldaşlıq görüşünə təsadüf edib.

Hüseynovun 90 dəqiqə meydanda olduğu matç “Arda”nın qələbəsi ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, millimizin üzvü Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.