Canni De Byazi: "Kimin siyahıda olacağı sabahkı oyundan asılıdır"
Azərbaycan milli komandası sabah beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Mediasport.az xəbər verir ki, "Dalğa Arena"da İordaniya yığması ilə üz-üzə gələcək komandamızın baş məşqçisi Canni De Byazi matçdan öncə mətbuat konfransından jurnalistlərin suallarını cavablandırıb.
İtalyan çalışdırıcı sözlərinə 2 gün əvvəl güclü Belçika yığmasından xal almağa yaxın olduğumuzu deməklə başlayıb:
“Belçika millisinə qarşı yaxşı oynamışdıq. Rəqibimiz güclü olduğu üçün məğlub olduq. Rəqib yaratdığı bir şansdan istifadə etdi. O qolu buraxmamaq da olardı. Amma düzgün reaksiya verdik, yaxşı oynadıq. Uşaqlardan razı qaldım. Start heyətində olanlar da, sonradan meydana daxil olanlar da yaxşı oynadılar. İordaniya millisinə gəlincə, sürətli komandadır. Bir neçə oyunlarını izləmişəm. Bütün diqqətimiz İordaniya kollektivinə qarşı olacaq. Oktyabrdakı rəsmi oyunlardan əvvəl son sınaqdır. Futbolçular oyuna ciddi yanaşmalıdırlar. Oktyabrdakı toplanışda kimin siyahıda olacağı sabahkı oyundan asılıdır. İordaniya ilə oyun bizim üçün vacib sınaqdır”.
Qarşılaşma saat 20:00-da başlanacaq.