"Qəbələ"nin daha bir futbolçusu Premyer Liqa klubunda - RƏSMİ

"Qəbələ"nin daha bir futbolçusu Premyer Liqa klubunda - RƏSMİ

1-ci Liqaya düşən "Qəbələ"nin daha bir futbolçusu Premyer Liqada forma geyinəcək.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisinin hücumçusu Ülvi İsgəndərov "Araz-Naxçıvan”a transfer olunub.

Naxçıvan klubu forvardla 1 illik müqavilə bağlayıb.

Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış etmiş 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.

Xatırladaq ki, “Araz-Naxçıvan” bu gün "Qəbələ"nin digər üzvü Urfan Abbasovu da heyətinə qatıb.