Canni De Byazi iki futbolçunun adını "23-lüy"ə daxil etməyib
Azərbaycan yığmasının iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Avstriya ilə keçiriləcək görüşdə meydana çıxmayacaq.
Mediasport.az xəbər verir ki, baş məşqçi Canni De Byazi UEFA-ya təqdim etdiyi "23-lük"də Türkiyənin "Tuzlaspor" klubunun müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevə ehtiyac duymayıb.
Hər iki oyunçu qarşılaşmanı kənardan izləyəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.