Musadan ilk AÇIQLAMA: "Yurqarden"i seçməsinin səbəbi - FOTOLAR+VİDEO

Musadan ilk AÇIQLAMA: "Yurqarden"i seçməsinin səbəbi - FOTOLAR+VİDEO

Azərbaycan milli komandasının futbolçusu Musa Qurbanlının İsveçin "Yurqarden" klubuna transferi rəsmiləşib.

MediaSport.az xəbər verir ki, Stokholm təmsilçisi 21 yaşlı forvardla 3 illik müqavilə bağlayıb.

Keçidlə bağlı klubun mətbuat xidmətinə açıqlama verən Musa bunları deyib:

- "Yurqarden"ə gəldiyim üçün çox xoşbəxt və həyəcanlıyam. Böyük, zəngin və uğurlu bir komandaya gəlmişəm. Artıq bir neçə gündür ki, burdayam və həm məşq meydançası, həm də ev arenası, xüsusən də tərəfdarların dəstəyi ilə bağlı çox yaxşı təəssüratlarım var. Hər şey çox yaxşı görünür və başlamağı səbirsizliklə gözləyirəm. Məşqçilərlə, rəhbərliklə, komandanın üzvləri ilə görüşdüm, son ev oyununa baxmışam. Əvvəllər "Yurqarden" haqqında bir az məlumatım var idi, amma buraya gəldikdən sonra müsbət təəssüratlarım daha da çox oldu".

Stokholm klubuna keçməzdən öncə başqa təkliflərinin də olduğunu deyən Qurbanlı İsveç təmsilçisini seçməsinin səbəbini açıqlayıb: "Mənə qarşı ciddi olduqlarını və böyük maraq göstərdiklərini dərhal hiss etdim. Digər klubların heç biri bu məsələdə "Yuqorden" qədər konkret davranmadı. Bu, seçim etməyimdə vacib amilə çevrildi".