"Turan Tovuz" Türkiyəni seçdi

"Turan Tovuz" Türkiyəni seçdi

Başa çatan futbol mövsümünü yaxşı keçirən "Turan Tovuz"un yay hazırlıq planı müəyyənləşib.

mediasport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv iyunun 30-da hazırlığın ilk mərhələsi üçün Bakıda bir araya gələcək.

Qərb təmsilçisi iyulun 13-də Türkiyəyə yola düşəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən Cam otelində məskunlaşacaq tovuzlular ayın 28-ə dək hazırlığını burada davam etdirəcək.