"Qəbələ"nin futbolçusu karyerasını "Kəpəz"də davam etdirəcək - RƏSMİ

"Qəbələ"nin futbolçusu karyerasını "Kəpəz"də davam etdirəcək - RƏSMİ

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

MediaSport.az xəbər verir ki, Gəncə təmsilçisi "Qəbələ"dən Rüfət Əhmədovu icarəyə götürüb.

21 yaşlı oyunçu sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rüfət Əhmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.