Avstraliya mətbuatı "Qarabağ"ın hegemonluğundan yazıb

Avstraliya mətbuatı "Qarabağ"ın hegemonluğundan yazıb

Avstraliya mətbuatında “Qarabağ” haqqında yazı dərc olunub.

Mediasport.az xəbər verir ki, “ESPN Australia” Qurban Qurbanovun komandasının ölkədaxili yarışlar və avrokuboklarda çıxışlarından bəhs edib.

Ümumi məqalədə Ağdam klubunun Avropa Liqasında 1/4 finala qədər irəliləməsindən və Azərbaycan Premyer Liqasında hegemonluğundan yazılıb:

"Daxili birincilikdə "Qarabağ" üçün, demək olar ki, heç bir intriqa qalmayıb. Bu komanda Avropa Liqasının 1/8 finalında Bundesliqanın məğlubedilməz lideri "Bayer"i mübarizədən kənarlaşdırmağa yaxın oldu (2:2, 2:3). Bütün diqqətlər onların üzərinə yönəlmişdi. Almaniya klubu ilə matçlarına baxsaq, Azərbaycan Premyer Liqasının “Qarabağ” üçün asan keçməsinə təəccüblənməli deyilik".