"Qarabağ"da YENİ ANLAŞMA - Braziliyalı ilə müqavilə uzadılıb
“Qarabağ” futbolçusu Leandro Andrade ilə müqaviləni yeniləyib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddətini 3 illik artırıb.
"Sambaçı" 2027-ci il iyunun 30-dək "köhlən atlar"ın uğurları üçün çalışacaq.
24 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Qarabağ"da çıxış edir.
Andrade bu müddətdə 86 oyun keçirib, 22 qol vurub.
O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.
Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.