"Qarabağ" Türkiyədə keçirilən turnirin qalibi oldu - FOTOLAR

"Qarabağ" Türkiyədə keçirilən turnirin qalibi oldu - FOTOLAR

Türkiyədə keçirilən “Karatepe Cup” futbol turnirinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın U-15 komandası yarışın qalibi adını qazanıb.

Ağdam təmsilçisi finalda “Hisareyn Spor Green” ilə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.

Həlledici qarşılaşmada qolları Polad Hüseynov, Səid Nuriyev, Əli Bəşirov, Hüseyn Bayramov və Riad Qaradağlı vurublar. Qapıçı Bilal Hacıyev penaltini dəf etməsilə yadda qalıb.