"Sabah" İspaniyada keçirilən turnirdə ikinci yeri tutdu
İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnirdə çıxışını başa vurub.
Mediasport.az xəbər verir ki, Savalan Əlizadənin baş məşqçisi olduğu komanda turnirin “Bürünc Liqası”nın final matçında Venesuelanın “Talentos Vinotintos” komandası ilə qarşılaşıb.
Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə nəticələnib. Hər iki qola Nihad Həsənov imza atıb.
Bununla da təmsilçimiz “MadCup” turnirinin “Bürünc Liqası”nı ikinci pillədə başa vurub.