Qrup mərhələsinin matçları sona çatıb, 1/4 finalın cütləri bəlli olub

Qrup mərhələsinin matçları sona çatıb, 1/4 finalın cütləri bəlli olub

Futbol üzrə Amerika Kuboku turnirinin qrup mərhələsində 3-cü turunun oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, ötən gecə D qrupunda iki matç keçirilib.

Braziliya - Kolumbiya (1:1) matçında qalib müəyyənləşməyib. Heç-heçəyə razılaşan tərəflər növbəti mərhələyə adlayıblar.

Kosta-Rika Paraqvay millisini məğlub etsə də (2:1), bu qələbə 1/4 finala vəsiqə qazanmaq üçün onlara kifayət etməyib.

Nəticədə, hər iki kollektiv Amerika Kubokunda mübarizəni dayandırıblar.

Artıq 1/4 final mərhələsinin cütləri məlumdur. Həmin qarşılaşmalar 5, 6 və 7 iyul tarixlərində keçiriləcək.

Amerika Kuboku. Qrup mərhələsi. 3-cü tur

3 iyun

D qrupu

Braziliya - Kolumbiya 1:1

Qollar: Rafinya, 12 - Daniel Munoz, 45+2.

"Levis" stadionu.



Kosta-Rika - Paraqvay 2:1

Qollar: Fransisko Kalvo, 3; Josimar Alkoser, 7 - Ramon Sosa, 55.

"Q2" stadionu.

Xal durumu: Kolumbiya - 7 xal, Braziliya - 5 xal, Kosta-Rika - 4 xal, Paraqvay - 0 xal

1/4 final cütləri

5 iyul

05:00 Argentina - Ekvador

"NRG" stadionu.

6 iyul

05:00 Venesuela - Kanada

"AT & T" stadionu.

7 iyul

02:00 Kolumbiya - Panama

"Foniks Universiteti" stadionu.

05:00 Uruqvay - Braziliya

"Alleqiant" stadionu.