Qış "transfer pəncərəsi"nin ən bahalı keçidləri - SİYAHI
Avropada müxtəlif futbol mövsümlərinin qış "transfer pəncərələri"ndə gerçəkləşən ən bahalı keçidlər məlum olub.
Mediasport.az xəbər verir ki, 1-ci pillədə "Liverpul"u "Barselona"ya dəyişən Filipp Koutinyo qərarlaşıb.
İlk "3-lüy"ü Enzo Fernandes və Vircil van Dayk yer alıb.
Qış "transfer pəncərəsi"nin ən bahalı keçidləri:
1. Filipp Koutinyo ("Liverpul"dan "Barselona"ya, 2017/18 mövsümü) - 135 milyon avro
2. Enzo Fernandes ("Benfika"dan "Çelsi"yə, 2022/23 mövsümü) - 121 milyon
3. Vircil van Dayk ("Southempton"dan "Liverpul"a, 2017/18 mövsümü) - 84.65 milyon
4. Duşan Vlahoviç ("Fiorentina"dan "Yuventus"a, 2021/22 mövsümü) - 83.5 milyon
5. Mixail Mudrik ("Şaxtyor"dan (Donetsk) "Çelsi"yə, 2022/23 mövsümü) - 70 milyon
6. Bruno Fernandes ("Sportinq"dən "Mançester Yunayted"ə, 2019/20 mövsümü) - 65 milyon
7. Emerik Laporte ("Atletik"dən "Mançester Siti"yə, 2017/18 mövsümü) - 65 milyon
8. Kristian Pulişiç ("Borussiya"dan (Dortmund) "Çelsi"yə, 2018/19 mövsümü) - 64 milyon
9. Pyer-Emerik Obameyanq ("Borussiya"dan "Arsenal"a 2017/18 mövsümü) - 63.75 milyon
10. Dieqo Koşta ("Çelsi"dən "Atletiko"ya, 2017/18 mövsümü) - 60 milyon