Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən futbolçu

Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən futbolçu

“Səbail”in futbolçusu Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib.

mediasport.az xəbər verir ki, paytaxt klubunun kapitanının yubileyi Premyer Liqanın XVIII turuna təsadüf edib.

O, Bakı təmsilçisinə qədər şərəfini qoruduğu “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası 0:3 hesabı ilə məğlub olub.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003/2004 mövsümündə debüt edib. O, ilk dəfə 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” qarşılaşmasında (1:0) meydana çıxıb.

450 oyunda 34 qol vuran Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.