"Qışdan sonra tam başqa "Şamaxı" görəcəyik, mən buna inanıram"
"Belə meydançada oynamaq çox çətindir. İki komandanı da təbrik edirəm. Ən əsası odur ki, bu gün zədələr olmadı".
Mediasport.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Prmeyer Liqasının 17-ci turunun "Səbail"lə oyununu dəyərləndirib.
O, 0:0 hesabı ilə başa çatan matçdan sonra fikirlərini bölüşüb:
"Bilirdik ki, gərgin oyun olacaq. Hər iki komandaya xal lazım idi, hava şəraiti oynamağa çətinlik yaradırdı. Bizim üçün önəmli 1 xaldır. Çox böyük itkilərimiz var. Qış fasiləsinə kimi mübarizə aparacağıq.
Gənc futbolçular çox şans qazanır. Çətindir, amma səbr etməliyik. Qışdan sonra tam başqa "Şamaxı" görəcəyik. Mən buna inanıram. Heyətimizi gücləndirəcəyik və sona qədər mübarizə aparacağıq. Hər kəsi səbrli olmağa çağırıram".