Bolqarıstan klubundan gələn müdafiəçi Şamaxıya yollandı

Bolqarıstan klubundan gələn müdafiəçi Şamaxıya yollandı

"Şamaxı"nın qış "transfer pəncərəsi" ərəfəsində millimizin futbolçusu Cəlal Hüseynovla anlaşdığını xəbər vermişdik.

Mediasport.az saytının məlumatına görə, Bolqarıstanın "Arda" klubundan ayrılan 22 yaşlı müdafiəçi artıq bölgəyə yollanıb.

O, mövsümün sonunadək icarə əsasında oynayacağı komandanın "Sabah"la görüşünü hazırda Şamaxı şəhər stadionundan izləyir.

Qeyd edək ki, Cəlal 2022/2023-cü illər mövsümünü də icarə əsasında "şirlər"in heyətində keçirib.