Milli komandanın üzvü qar uçqunu altında qalaraq həyatını itirdi
Türkiyənin gənclərdən ibarət cüdo milli komandasının üzvü Əmrə Yazqan faciəvi şəkildə həyatını itirib.
Mediasport.az xəbər verir ki, 18 yaşlı idmançı qar uçqunu altında qalıb.
Hadisə Türkiyə yığmasının Ərzurumda davam edən təlim-məşq toplanışı zamanı baş verib.
İdmançılar Palantökən dağındakı yüksəkliyə dırmaşarkən qar uçqunu olub. Uçqunun altında qalan Ə.Yazqanı, bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində milli komandanın üç üzvü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Əmrə 73 kiloqram çəki dərəcəsində çıxış edirdi.