"Neftçi", "Sabah" və "Zirə" gerilədi, "Qarabağ" mövqeyini qorudu
Avropanın top klublarının 2024-cü il üçün son reytinqi açıqlanıb.
Mediasport.az xəbər verir ki, 400 ən güclü komandanın yer aldığı siyahıda Azərbaycanı 4 klub təmsil edir.
Azərbaycandan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası 279 xalla 63-cü sıradakı mövqeyini qoruyub.
"Neftçi" 2, "Savah" 5, "Zirə" isə 3 pillə geriləyib.
"Ağ-qaralar" 19 xalla 256-cı, "bayquşlar" 15 xalla 282-ci, "qartallar" 14 xalla 291-ci pillədə qərarlaşıb.
Reytinqə 2435 xala malik Madrid “Real”ı başçılıq edir.