Qurban Qurbanov təsdiqlədi: "Yankoviç və Musa ilə maraqlanırlar"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun futbolçuları - Musa Qurbanlı və Marko Yankoviçin xarici klubların maraq dairəsində olduqlarını təsdiq edib.
MediaSport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda "CBC Sport" telekanalına danışarkən bildirib.
"Yankoviç və Qurbanlı ilə maraqlanırlar" deyən Qurbanov rəsmi təklif almadıqlarını da vurğulayıb:
"Rəsmi olmayanda ətraflı məlumat vermirəm. Bilsək ki, yerli futbolçuların kənarda inkişaf etmək imkanını var və ölkə futboluna faydası daha çox olar, onlara gələn təkliflərə "yox" deməməyə çalışırıq. Yankoviçə gəlincə, komandamızda elə də çox oyun keçirməyib. Cəmi 1 ildir bizimlədir. Əsas oyunçularımızdan biridir. Özünə ciddi təklif ola bilər, amma klubla hər hansı danışıq olmayıb".
Baş məşqçi qarşıdakı dönəm üçün hücum xəttini gücləndirmək istədiklərini deyib: "Keyfiyyəti də yaxşılaşdırmaq istəyirik. Hücum xəttinə minimum 2 oyunçu alınmasını istərdim. Danışıqlar davam edir, aktiv çalışırıq. Siyahıda bir çox ölkə çempionatında çıxış edən forvardların adı var".