"Qurban Qurbanovdan heç vaxt çəkinməmişəm, hörmət etmişəm"
“Mən 2006-cı ildən “Qarabağ”dayam. Qurban Qurbanov komandaya 2008-ci ildə gəldi. Demək olar ki, ilk addımlarımızı birlikdə atdıq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev deyib.
Təcrübəli futbolçu Rusiya mətbuatına açıqlama verib, 16 ildir Ağdam klubunu çalışdıran Qurban Qurbanov haqda fikirlərini paylaşıb.
35 yaşlı Maksim təcrübəli mütəxəssislə çox yaxşı münbasibətlərinin olduğunu qeyd edib:
"Qurban müəllim "Qarabağ"da məşqçilik karyerasına yeni başlamışdı. Çətin və yaxşı vaxtlarımızda daim birlikdə olmuşuq. Mənə qarşı fərdi yanaşıb, diqqət göstərib, ona görə Qurban Qurbanovu özümə böyük qardaş hesab etmişəm. Ondan heç vaxt çəkinməmişəm, həmişə hörmətlə yanaşmışam. Meydanda və meydandan kənarda çox səhvlər etdim. Bəzi problemləri onunla bölüşmüşəm, məsləhət almışam".
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Medvedev "köhlən atlar"ın heyətində 374 oyun keçirib.