Şeydayev Belçika ilə matçda oynamayacaq - Millidə CİDDİ İTKİ
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev noyabrın 19-da səfərdə Belçika yığmasına qarşı AVRO-2024-ün seçmə qrup mərhələsinin sonuncu oyununda iştirak etməyəcək.
Mediasport.az xəbər verir ki, buna 27 yaşlı hücumçu dünən İsveçlə Bakıda baş tutan qarşılaşmada sarı vərəqə aldığı üçün limiti doldurub.
29-cu dəqiqədə hakimə etiraz edən forvard cəzalı duruma düşüb.
Brüsseldə keçiriləcək Belçika - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.