DƏQİQLƏŞDİ: Millimiz Estoniya yığmasını rayonda qəbul edəcək

DƏQİQLƏŞDİ: Millimiz Estoniya yığmasını rayonda qəbul edəcək

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində Estoniya yığmasını hansı stadionda qəbul edəcəyi dəqiqləşib.

Mediasport.az xəbər verir ki, komandamız estonlarla Qəbələ şəhər stadionunda qarşılaşacaq.

Görüş noyabrın 16-da, saat 18:00-da start götürəcək.

Xatırladaq ki, görüşün Qəbələyə salınması həmin müddətdə Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqəlidir.