Ramil Şeydayev yayda "Neftçi"yə keçəcək? - RƏSMİ AÇIQLAMA

Ramil Şeydayev yayda "Neftçi"yə keçəcək? - RƏSMİ AÇIQLAMA

"Qarabağ"ın hücumçusu Ramil Şeydayevin yayda Ağdam klubundan ayrılacağı deyilir.

mediasport.az xəbər verir ki, komandası ilə müqavilə müddətini artırmağı düşünmədiyi iddia olunan millimizin forvardının karyerasını "Neftçi"də davam etdirəcəyi dolaşan xəbərlər arasındadır.

Xəbərə "ağ-qara" klubdan rəsmi mövqe bildirilib. Komandanın idman direktoru Zaur Əzizov "Neftçi" TV-yə açıqlamasında Şeydayevin mümkün transferi haqda bunları deyib:

"Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi haqda yayılan xəbərlər şayiədir. Sözsüz ki, milli komandamızın üzvlərini heyətimizdə daha çox görmək istəyirik. Söhbət "Neftçi"dən gedirsə, burada ən yaxşılar olmalıdır. Ramillə bağlı hansısa addım atılmayıb, komanda daxilində belə bir düşüncəmiz olmayıb. Planlaşdırdığımız başqa adlar var, amma konkret Ramillə bağlı hər hansı fikrimiz yoxdur".